Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş illik mətbuat konfransında bir sıra əsas mövqelərini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o Rusiya və Ukrayna arasında dialoq imkanlarına toxunaraq bildirib ki, “Rusiya hələ Kiyevin ərazi məsələsini müzakirə etməyə hazır olduğunu görmür, lakin Ukraynadan dialoqa hazır olduqlarına dair müəyyən siqnallar alır.” Putin əlavə edib ki, Rusiya Ukrayna ilə danışıqlara 2024-cü ildə irəli sürdüyü prinsiplər əsasında başlamağa hazırdır.
Prezidentin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri strateji təşəbbüsü tam şəkildə ələ keçirib, qoşunlar bütün istiqamətlərdə irəliləyir, düşmən geri çəkilir. O, həmçinin bəyan edib:
Qırmızı Lıman yaxın vaxtlarda azad olunacaq, bundan sonra hücum Slavyanska doğru davam edəcək.
Ukrayna ordusu Krasnoarmeysk (Pokrovsk) istiqamətində müəyyən geri çəkilməyə çalışsa da, ciddi itkilər verir.
Rusiya ordusu Zaporojye vilayətində yaşayış məntəqələrini ardıcıl azad edir, Gulyaypolenin yarısı artıq nəzarət altındadır.
Kupyansk tam şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir.
Putin əmin olduğunu bildirib ki, Rusiya ordusu 2025-ci ilin sonuna qədər yeni uğurlar əldə edəcək.
İqtisadi göstəricilər barədə danışan Putin qeyd edib ki, son üç ildə Rusiya iqtisadiyyatı 9,7% artıb, bu isə Avropadakı göstəricilərdən xeyli yüksəkdir. O, Avropada Rusiya aktivlərinin müsadirəsinin Avrozona iqtisadi sisteminə mənfi təsir göstərəcəyini vurğulayıb və əlavə edib ki, Rusiya aktivlərini siyasi təsirdən asılı olmayan məhkəmə yurisdiksiyalarında qoruyacaq.
Prezident həmçinin cəbhədə pilotsuz uçuş aparatlarının əhəmiyyətinə diqqət çəkib və bildirib ki, dövlət dron hazırlayan ixtiraçılara dəstək verəcək. O, 2025-ci ildə 400 mindən çox insanın Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzaladığını qeyd edib.
Şəbnəm
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.