AZ

Kimçi insanı “super qəhrəman”a ÇEVİRİR – Alimlərdən heyrətamiz KƏŞF

Koreya kələmi ürəyi qoruyur, sümükləri bərkidir və pəhrizsiz arıqladır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, alimlər Koreya mətbəxinin məşhur təamı olan kimçinin (acı kələm turşusu) insan sağlamlığına inanılmaz faydalarını sübut ediblər.

Tədqiqatlar göstərir ki, bu, sadəcə qida deyil, orqanizm üçün güclü bir vasitədir.

Gündə cəmi 60 qram kimçi yemək qoruyucu hüceyrələri nəzərəçarpacaq dərəcədə gücləndirir, ümumi iltihabı azaldır və immunitetin stabil işləməsinə kömək edir. Mahiyyət etibarilə, orqanizm xəstəliklərə qarşı əlavə “qalxan” əldə edir.

Məhsulun digər faydaları aşağıdakılardır:

  • Ürək və damarlar: Qan dövranını yaxşılaşdırır, təzyiqi orta hesabla 3-4 bənd aşağı salır və qandakı yağların səviyyəsini azaldır. Bu, tromb və ürək problemləri riskini minimuma endirir.

  • Sümüklər: Tərkibindəki bol K2 vitamini kalsiumun məhz sümüklərə çatmasına kömək edir, nəticədə yaş artsa belə, skelet möhkəm qalır.

  • Əhval-ruhiyyə: Tərkibindəki probiotiklər bağırsağın işini yaxşılaşdırır və beyinə təsir edir. Bakteriyalar serotonin (“xoşbəxtlik hormonu”) ifrazına kömək edərək əhvalı yüksəldir.

  • Arıqlamaq: Müntəzəm istifadə zamanı orqanizm yağları daha sürətli yandırır və bir neçə ay ərzində sərt pəhrizlər olmadan çəki atmaq mümkün olur.

Alimlərin gəldiyi nəticəyə görə, kimçi immunitet, ürək, sümüklər, həzm və psixoloji vəziyyət üçün real faydası olan əlçatan və möcüzəvi qidadır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
103
interpress.az

1Mənbələr