AZ

Onun yolu Amerikayadı?

Robert Levandovski mövsümün sonunda klubunu dəyişə bilər.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın hücumçusunun ABŞ-də çıxış etmək şansı var. “Çikaqo Fayr” 37 yaşlı futbolçunu heyətinə cəlb etməyə çalışır. MLS klubunun polşalı forvardla apardığı danışıqların müsbət yöndə olduğu bildirilib.

Levandovski bu mövsüm “Barselona”nın heyətində 17 oyuna 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun İspaniya klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda sona çatacaq.

Seçilən
68
1
football-plus.az

2Mənbələr