AZ

ABŞ  “Shahed-136” tipli yeni dronunu sınaqdan keçirib

Dünən ABŞ Hərbi Dəniz Qüvvələri USS Santa Barbara döyüş gəmisindən “Lukas” (LUCAS) adlı birtərəfli hücum pilotsuz uçuş aparatının (PUA) ilk uğurlu buraxılışını həyata keçirib. Rəsmi açıqlamaya görə, bu sınaq ABŞ-nin dəniz əməliyyatlarına ucuz və effektiv kamikadze dronların inteqrasiyası istiqamətində mühüm addım sayılır.

Vətəninfo.az xəbər verir ki, ABŞ-də istehsal olunan “Lukas” dronu İran istehsalı “Shahed_136” tipli kamikadze PUA-sından ilhamlanaraq dizayn edilib və dəniz platformalarından buraxılış üçün uyğunlaşdırılıb.

“Lukas” dəniz platformalı zərbə kamikadze PUA kimi istifadəyə verilib. Vitse-admiral Kurt Renşou bildirib ki, döyüş gəmisindən ilk uğurlu buraxılış hərbçilərin operativ şəkildə əlçatan və təsirli pilotsuz vasitələrlə təmin olunmasında mühüm mərhələdir.

Seçilən
88
veteninfo.az

1Mənbələr