AZ

İnfarkt keçirmiş şəxslərdə bu ortaq vərdişlər var AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"İnfarkt keçirmiş insanların təxminən 90%-də bir-birinə bənzər risk faktorları müşahidə olunur. Bunlara əsasən siqaret çəkmə, alkoqol istifadəsi, yağlı və qızardılmış qidalarla düzgün olmayan qidalanma vərdişləri, hərəkətsiz həyat tərzi, yüksək xolesterin, arterial təzyiq və şəkərli diabet daxildir".Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti Şahvələd Məmmədov deyib. O, bildirib ki, bu risk faktorlarının qarşısını almaq üçün infarkt keçirmiş şəxslərə müəyyən həyat tərzi dəyişiklikləri tövsiyə olunur:"Belə insanlar, əgər səhhətləri imkan verirsə, hər gün mütləq yeriməli və ya yüngül yürüş etməlidirlər. Tam hərəkətsizlik tövsiyə olunmur, çünki fiziki aktivlik ürək-damar sağlamlığı üçün olduqca vacibdir".Həkim bildirib ki, qidalanma rejimi sadə və sağlam olmalıdır, yağlı, qızardılmış və zərərli qidalardan uzaq durmaq məsləhətdir:"Siqaret və alkoqoldan tam şəkildə imtina edilməlidir. Eyni zamanda, bu şəxslər mütəmadi olaraq lipid fraksiyalarını (xüsusilə LDL və HDL), laxtalanma faktorlarını yoxlatdırmalı və həkim tərəfindən təyin olunmuş dərmanları düzgün və vaxtında qəbul etməlidirlər. Ümumiyyətlə, infarkt keçirmiş şəxs ömür boyu nəzarətdə qalmalı və sağlam həyat tərzini vərdişə çevirməlidir. Bu, həm ikinci infarktın qarşısını almaq, həm də həyat keyfiyyətini qorumaq baxımından vacibdir".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
93
demokrat.az

1Mənbələr