Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“ABŞ şirkətləri Zəngəzur dəhlizinin Trip marşrutunun funksional işləməsində maraqlıdır. Məqsəd bütün logistik məsələlərin qısa zamanda həll edilməsi və marşrutun Orta Dəhlizin əsas elementlərindən birinə çevrilməsidir”.
Gununsesi.infobildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib.

Deputat əlavə edib ki, bu marşrut həm maliyyə, həm məsafə, həm də strateji baxımdan digər alternativlərlə müqayisədə daha əlverişli hesab olunur:
“Trip marşrutunun xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bu xətt Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirir. Naxçıvan bölgəsi Ermənistanın Azərbaycana qarşı təcavüzü başladıqdan sonra uzun illərdir izolyasiya vəziyyətindədir və bu marşrutun açılması həmin blokadanın aradan qaldırılması üçün mühüm addım ola bilər.
İcevan–Qazax və digər nəqliyyat xətləri tamamilə istisna edilmir. Lakin Zəngəzur TRİP marşrutu Orta Dəhlizin tərkib hissəsi kimi regionda yeni nəqliyyat-kommunikasiya reallığının formalaşmasında əsas rol oynayır”.
Firuzə
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.