ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Cümə axşamı, 18 dekabrda ABŞ prezidenti Donald Tramp, amerikalı astronavtlara 2028-ci ilə qədər Ayın səthinə yenidən enməyi əmr edən fərman imzalayıb.
Bizimyol.info xəbər verir ki, Ağ Evin açıqlamasına görə, fərman amerikalı astronavtların 2028-ci ilə qədər yenidən Aya səfər etmək və 2030-cu ilə qədər daimi Ay bazasının ilk elementlərinin qurulmasını nəzərdə tutur. 2028-ci il, Trampın prezidentlik müddətinin son tam ili olduğundan, bu, Konstitusiyaya əsasən sonuncu il olacaq.
Açıqlamada vurğulanıb ki, bu fərman ABŞ-ın kosmosdakı liderliyini möhkəmləndirməyə və milli təhlükəsizlik, eləcə də kommersiya maraqlarını irəlilətməyə yönəlib.
Plana görə, Ay səthində və orbitdə nüvə reaktorlarının yerləşdirilməsi də nəzərdə tutulur.
Ağ Evin açıqlamasında qeyd edilib ki, növbəti nəsil kosmik texnologiyalarının, gözlənildiyi kimi, dəqiq kənd təsərrüfatı, hava proqnozları, uçuş təhlükəsizliyi və qlobal genişzolaqlı internetə çıxış kimi sahələrə töhfə verməsi gözlənilir.
Ay səthində işə salınmağa hazır nüvə reaktorunun hazırlanması 2030-cu ilə planlaşdırılır.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.