“Olivye” salatı bəzi insanlar üçün xüsusilə təhlükəli ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə qastroenteroloq Ali Almasri xəbərdarlıq edib.
Almasrinin sözlərinə görə, 200 qramlıq standart porsiya təxminən 500 kilokalori, 9-10 qram doymuş yağ və gündəlik duz normasının demək olar ki, yarısını ehtiva edir. Hipertoniya və ürək xəstəliklərindən əziyyət çəkən insanlarda bu cür yemək qida qəbulundan iki-üç saat sonra təzyiqin yüksəlməsinə səbəb ola bilər.
Həkim əlavə edib ki, emal olunmuş kolbasadan daxil olan artıq natrium və fosfatlar xroniki böyrək xəstəlikləri olan insanlarda böyrəklərin yüklənməsinə gətirib çıxarır. Mayonez və doymuş yağlarla zəngin kolbasa isə qaraciyərin piylənməsi və xolesistitdən əziyyət çəkən xəstələr üçün zərərlidir.
Qastroenteroloqun sözlərinə görə, diabet xəstələri və metabolik sindromu olan insanlar üçün “Olivye”dəki qaynadılmış kök və kartof da risklidir, çünki onların qlisemik indeksi yüksəkdir. Bundan başqa, mayonezin tərkibindəki yağlar səbəbindən qanda şəkərin səviyyəsi uzun müddət yüksək qala bilər. Allergiyası olan insanlar üçün isə salatın tərkibindəki yumurta və noxud zərərli ola bilər.
Aytəkin TOFİQQIZI