AZ

Tibbi tullantıların düzgün idarə olunması mövzusunda maarifləndirici tədbirlər keçirilib

Müxtəlif bölgələrdə yerləşən tibb müəssisələrində tibbi tullantıların düzgün idarə olunması ilə bağlı növbəti görüşlər Bakı şəhəri, Nizami rayonunda “Məlhəm Hospital”da, Sumqayıt şəhərində 3 nömrəli xəstəxanada və Zəngilan rayonu, Ağalı kəndində “Həkim Tibb Məntəqəsi”ndə təşkil olunub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən keçirilən görüşlər zamanı iştirakçılara tibbi tullantıların növləri, onların düzgün idarə olunması, təhlükəlilik dərəcəsinə uyğun çeşidlənməsi və zərərsizləşdirilməsi üsulları, eyni zamanda tibbi tullantıların yaratdığı ekoloji və sanitar risklər haqqında məlumat verilib. 

Tədbirlərin əsas məqsədi tibbi tullantıların saxlanılması, daşınması və zərərsizləşdirilməsi üsulları ilə bağlı mövcud qaydaları, eləcə də tullantıların düzgün idarə olunmasının insan sağlamlığı və ətraf mühit üçün vacib olduğunu diqqətə çatdırmaqdır.

Seçilən
39
ekologiya.az

1Mənbələr