AZ

Ukrayna “kölgə donanması” tankerinə zərbə endirdi

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Aralıq dənizinin neytral sularında Rusiyaya məxsus “kölgə donanması”na daxil olan tankeri hədəf alıb.

KONKRET.az xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, SBU-ya məxsus pilotsuz uçuş aparatları sanksiyalardan yan keçmək üçün istifadə edilən QENDIL adlı tankeri vurub. Zərbə nəticəsində gəmi kritik zədələr alıb və istismardan çıxarılıb.

Qeyd olunur ki, sözügedən tanker Rusiya neftinin daşınmasında və beynəlxalq sanksiyaların pozulmasında istifadə olunan “kölgə donanması”nın bir hissəsi olub. Rəsmi qurumlar hadisə ilə bağlı əlavə detalları açıqlamayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
97
konkret.az

1Mənbələr