AZ

Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın görüntülərini paylaşıb

Ermənistanın Baş nazir Nikol Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın ölkə ərazisinə daxil olmasının görüntülərini paylaşıb.

Busaat.az-ın məlumatına görə, Paşinyan bu görüntüləri sosial şəbəkələrdəki səhifəsində paylaşıb.

“Sülh indi reallıq olub”, – o, videonun altında yazıb.

Qeyd edək ki, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli “Aİ-95” markalı benzinlə yüklənmiş 22 sistern vaqondan ibarət qatar Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı kommersiya xarakterlidir.

Seçilən
59
1
busaat.az

8Mənbələr