AZ

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib (FOTO)

Bakı.Trend:

Müdafiə Nazirliyində hərbi vətənpərvərlik mövzusunda xəbərhazırlayan media nümayəndələri ilə qarşılıqlı əlaqələrin daha dainkişaf etdirilməsi mövzusunda tədbir keçirilib.

Trend xəbərverir ki, tədbirdə media nümayəndələri, nazirliyin Mətbuat vəİctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları, eləcə də digər hərbiqulluçular iştirak edib.

Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisiAnar Eyvazov idarənin media ilə əlaqələr sahəsində gördüyü işlərbarədə məlumat verib.

O, deyib ki, Müdafiə Nazirliyi digər dövlət qulluqçuları ilə"2024-2026-illər üzrə Azərbaycan Respublikası Müdafiə NazirliyininKommunikasiya Strategiyası"nı hazırlayıb və bu strategiyaya uyğunfəaliyyət göstərirlər:

"Bu strategiyanın daha da təkmilləşdirilməsi üçün işlər görülür.Cari il ərzində nazirliyin saytında 700-ə yaxın paylaşım edilib.Keçirilən tədbirlərdə 3 min 200 dən çox foto və video paylaşılıb.İctimaiyyəti dəqiq-məlumatla təmin etmək üçün müvafiq hərbihissələrə, azad olunan ərazilərə 6 mediatur təşkil olunub.Nazirliyin Media və İctimaiyyətlə əlaqələr İdarəsinin elektronpoçtuna 33 mindən çox müraciət daxil olub. Vətən müharibəsi, eləcədə sonrakı dövrlərdə media nümayəndələri ilə səmərəli əməkdaşlıqetmişik. Bu əlaqələri ildən-ilə daha da inkişaf etdirmək üçüntədbirlər görürük. İl ərzində hərbi hissələrdə bir neçə filmlərinçəkilməsi üçün kifayət qədər böyük işlər görülüb. Bəzən aradanöqsanlar və çatışmazlıqlar da olur. Biz onu yerində həll etməyəçalışırıq".

Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Məqalədə:
Seçilən
141
3
az.trend.az

4Mənbələr