AZ

Ermənistan MTX-dən sensasiya: Qareginin qardaşı KQB agenti olub

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) sensasion açıqlama ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, Erməni Apostol Kilsəsinin rəhbəri, Katolikos II Qareginin qardaşı Ezras sovet dövründə KQB tərəfindən əməkdaşlığa cəlb edilib və ona “Karo” agentura ləqəbi verilib.

MNX-nin iddiasına əsasən, Ezras hazırda da xarici xüsusi xidmət orqanları ilə əlaqələrini davam etdirir. Açıqlamada konkret adlar çəkilməsə də, bu əlaqələrin Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə mümkün təmaslara işarə etdiyi bildirilir.

Qeyd olunur ki, məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Rəsmi qurum əlavə detallar açıqlamasa da, yayılan məlumat ölkə ictimaiyyətində və dini dairələrdə ciddi rezonans doğurub.

Mövzu ilə bağlı Katolikos II Qaregin və ya Erməni Apostol Kilsəsi tərəfindən hələlik rəsmi münasibət bildirilməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
31
konkret.az

1Mənbələr