AZ

“Sənə özəl” layihəsi IDDA AWARDS müsabiqəsində 2-ci, “Rehabus” layihəsi 3-cü yerə layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırlanmış və yaxın günlərdə icrasına başlanacaq  “Sənə özəl” layihəsi IDDA AWARDS müsabiqəsində ”İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə ikinci, qurumun “Rehabus” layihəsi isə “İlin startapı” nominasiyasında üçüncü yerə layiq görülüb.

QHT.az xəbər verir ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək məqsədi daşıyan layihə çərçivəsində “e-sosial” portalının mobil tətbiqi daxilində “Sənə özəl” platforması və platformada əlilliyi olan şəxslər üçün rəqəmsal əlillik kartı yaradılıb.

Layihə təqdim edilən rəqəmsal əlillik kartı vasitəsilə əlilliyi olan şəxslərin artıq fiziki sənəd təqdim edilmədən də dövlət və özəl qurumlarda rəqəmsal şəkildə əlilliklərini təsdiq edə bilmələrinə, rəqəmsal əlillik kartının QR kodu vasitəsilə sosial tərəfdaşların imtiyaz və güzəştlərindən yararlanmalarına imkan verir.

“RehaBus” layihəsi isə əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq, müvafiq müəssisəyə asan, rahat şəkildə çatmasını təmin etmək məqsədinə xidmət edir.

Layihə çərçivəsində reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yaşayan əlilliyi olan uşaqları paytaxtdakı 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə, Gəncədə yaşayan əlilliyi olan uşaqları isə Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

 

Seçilən
55
1
qht.az

2Mənbələr