AZ

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Kərim Novruzov vəfat edib.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu məlumat verib.

O, uzun xəstəlikdən sonra bir az əvvəl dünyasını dəyişib.

Xatırladaq ki, 2017-ci ildə meyxanaçı Kərimin beyninə qan sızıb.

Qeyd edək ki, o, 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi olub, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında ən yüksək mükafat — Qızıl medala layiq görülüb. 2001-ci ildə “Bu gedər, o biri gələr” adlı albomu işıq üzü görüb.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq manşet.az yayıb.

Seçilən
11
7
heftelik.az

10Mənbələr