AZ

Ağamirzədən Ağakərimin ölümü ilə bağlı AÇIQLAMA – “Bir saat əvvəl...” – ÖZƏL

Bu gün vəfat edən meyxanaçı Kərim Novruzovla (Ağakərim) vida mərasimi anadan olduğu Maştağa kəndində keçiriləcək.

Bu barədə Bizim.Media-ya meyxanaçı Ağamirzə Məmmədov məlumat verib.

“40 dəqiqə - 1 saat bundan əvvəl vəfat edib. Hələ, planlaşdırırıq, yəqin ki, yas mərasimi kənddə olacaq”, - deyə, meyxanaçı bildirib. 

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb. O, uzun illərdir yataq xəstəsi idi. 

Xatırladaq ki, meyxanaçının vəfat xəbərini ilk olaraq manset.az yayıb.

Sara, Bizim.Media

Seçilən
85
1
bizim.media

2Mənbələr