AZ

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının ümumi protokolu imzalanıb

Bakı.Trend:

Bakıda keçirilən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli HərbiDialoq İclası başa çatıb.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin müxtəlif idarələrində, eləcədə Milli Müdafiə Universitetində keçirilən görüşlərdə hər ikiqardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digərsahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, kadrhazırlığı və qarşılıqlı fəaliyyətin artırılması, habelə regional vəbeynəlxalq təhlükəsizliyə dair geniş fikir mübadiləsi aparıb,həmçinin mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyininartırılması və gələcək fəaliyyət planlarının razılaşdırılmasıməsələlərinə toxunublar.

Alt İşçi Qrupların sədrlərinin iclasın yekunu ilə bağlıməruzələri dinlənildikdən sonra həmsədrlər tərəfindən iclasın ümumiprotokolu imzalanıb.

Seçilən
48
17
az.trend.az

10Mənbələr