İstanbul razılaşmaları çərçivəsində Rusiya Ukraynaya 1000 hərbçinin cəsədini, Ukrayna isə Rusiyaya 26 cəsədi təhvil verib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.
Qeyd olunur ki, cəsədlərin təhvil verilməsi yayda İstanbulda keçirilən danışıqlar zamanı əldə edilən razılaşmalara uyğun olaraq həyata keçirilir.
Ukraynanın Hərbi Əsirlərlə Mübarizə üzrə Koordinasiya Qərargahı isə “Telegram” kanalında yaydığı açıqlamada Kiyevin 1003 hərbçinin cəsədini qəbul etdiyini bildirib.
Xatırladaq ki, sonuncu cəsəd mübadiləsi noyabr ayında baş tutub. Həmin vaxt Moskva Kiyevə 1000, Kiyev isə Rusiyaya 30 hərbçinin cəsədini təhvil vermişdi.