AZ

Aydın Talıbov məzunu olduğu AzMİU-nun 50 illik yubileyində iştirak etdi -Foto



Gülüstan Sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib. Təntənəli yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, biznes və ictimaiyyət nümayəndələri, AzMİU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları iştirak edib.

Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) təsisçisi və Baş icraçı direktoru, AzMİU-nun məzunu Aydın Talıbov tədbirdə həm hörmətli qonaq qismində iştirak edib, həm də çıxış edib. O, çıxışında qeyd edib: “Mən fəxrlə qeyd etmək istəyirəm ki, hazırda yarım əsrlik yubileyini qeyd edən bu universiteti fərqlənmə diplomu ilə başa vurmuşam. Doğma universitetimə gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Veysəloğlu Şirkətlər Qrupu adından universitetin 50 illik yubileyi münasibətilə xüsusi əklil və hədiyyə təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin inkişafına töhfə vermiş tərəfdaş qurumlar səmərəli əməkdaşlığa görə universitet rəhbərliyi tərəfindən təltif olunub.




Seçilən
61
aia.az

1Mənbələr