Brown Universitetində hücumçu keçmiş doktorant olub
7News.az xəbər verir ki, ABŞ-ın ən prestijli universitetlərindən biri olan Braun Universitetində 2 nəfərin ölümü və 9 nəfərin yaralanması ilə nəticələnən atışmada şübhəli bilinən şəxsin meyiti tapılıb. Polis hücumçunun təxminən 20 il əvvəl nüfuzlu Ayvi Liqa məktəblərindən biri olan Brown Universitetində fizika təhsili almış keçmiş doktorantı, 48 yaşlı Klaudio Manuel Neves Valente olduğunu açıqlayıb.