AZ

Orxan Bədəlov: Xizəkçi Jurnalistlər Klubu beynəlxalq yarışlarda iştirak edəcək VİDEO

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzində qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan ikigünlük mediaturda mərkəzin mətbuat katibi Orxan Bədəlov söyləyib. O vurğulayıb ki, adıçəkilən klubun hədəfi jurnalistlə xizəksürmə vərdişlərini öyrətmək və jurnalistlər arasında beynəlxalq xizək yarışlarında qoşulmaqdır: "Göstərdikləri dəstəyə görə Şahdağ Turizm Mərkəzinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Mərkəz klubumuzu xizək avadanlıqları və infrastrukturu ilə ödənişsiz təmin edib. Bu dəstək nəticəsində xizəkçi jurnalistlər klubunun daha da genişlənib uğur qazanacağına inanıram". Məlumat üçün bildirək ki, Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin dəstəyi ilə keçən ilin mart ayında qurulub. Klubun yaradılmasının məqsədi xizək sürmək bacarığına malik yerli media nümayəndələrini bir yerə toplamaq, peşəkar xizəkçi kimi formalaşmalarına dəstək göstərmək, habelə Beynəlxalq Jurnalistlərin Xizək Klubunun hər il müxtəlif ölkələrdə keçirdiyi yarışlara qoşulub Azərbaycanı təmsil etməkdir.

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
azvision.az

1Mənbələr