Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkəyə, o cümlədən Kalininqrad vilayətinə qarşı hər hansı təhlükə yaradılacağı təqdirdə, Rusiya bu təhdidləri məhv edəcək.
Redaktor.az xəbər verir ki, dövlət başçısı bunu birbaşa xətt və yekun mətbuat konfransının birləşdirilmiş formatında çıxışı zamanı deyib.
Prezident vurğulayıb ki, Kalininqradla bağlı bu cür hədələr genişmiqyaslı münaqişəyə səbəb ola bilər.
“Əgər bizə bu cür təhlükələr yaradılarsa, biz həmin təhdidləri məhv edəcəyik”, - deyə Vladimir Putin bildirib.
Aytəkin TOFİQQIZI