AZ

Putin Kalininqradla bağlı Avropanı hədələyib

Rusiya Prezidenti Vladimir Putin Avropa tərəfindən Kalininqrad blokadaya alınacağı təqdirdə Moskvanın reaksiyasını açıqlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin Kalininqradın blokadaya almaq cəhdinin münaqişəni görünməmiş səviyyəyə qaldıracağını söyləyib.

O bildirib ki, Kalininqradı blokadaya almaq cəhdi potensial olaraq tammiqyaslı hərbi münaqişəyə səbəb olacaq: "Əgər bu şəkildə təhlükə olarsa, bu təhdidləri aradan qaldıracağıq. Bunu hər kəs başa düşməlidir. Bu, münaqişəni tamamilə fərqli, tammiqyaslı səviyyəyə qaldıracaq".

Seçilən
77
6
apa.az

7Mənbələr