Misli Premyer Liqasının 16-cı turunda Yevlaxda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis belə danışıb:
- İlin son oyunu bizim üçün çox vacib idi. Uşaqlar məsuliyyəti tərk edirdilər. Bir neçə futbolçumuzda olan zədələrlə əlaqədar bəziləri öz mövqelərində oynamırdılar. Uşaqlara önəmli qələbəyə görə təşəkkürümü bildirdim.
- "Sabah"la son ev oyununda azarkeşlər istefaya səsləmişdilər. Sosial mediada isə fanatların narazılığını hiss etmək çətin deyildi. Bu qarşılaşmada futbolçularınız və özünüz təzyiq hiss edirdiniz?
- Yox. Mən yetərincə təcrübəli məşqçiyəm. Belə şeylərə reaksiya vermirəm.
- Köməkçiniz Yunis Hüseynov həmkarı Ayxan Abbasov barədə mətbuata sərt açıqlamalar verir. Klub adından danışır. Sizin bundan xəbəriniz var?
- Mən heç nə oxumuram.
- Azərbaycan mətbuatında yazılanlar sizin üçün maraqlı deyil?
- Rusiya mətbuatını da oxumuram. Öz işimi görürəm.
- Qış hazırlıq planları dəqiqləşib?
- 4-18 yanvar aralığında Türkiyədə hazırlaşacağıq. Gələn ayın 10-da və 17-də yoxlama oyunları keçirəcəyik.
Nihat