AZ

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bunu NBC News telekanalına müsahibəsində deyib. Bununla belə, Donald Tramp ABŞ-ın Venesuela gəmilərinə hücumlarının müharibəyə səbəb olub-olmayacağını “müzakirə etməyəcəyini" bildirib.

Qeyd edək ki, bu həftə Ağ Ev Venesuelaya və əksinə üzən bütün tankerlərin blokadaya alındığını elan edib. Vaşinqton, həmçinin ABŞ aktivlərini oğurlamaqda, terrorçuluqda, narkotik qaçaqmalçılığında və insan alverində günahlandırdığı rəsmi Karakası xarici terror təşkilatları siyahısına salıb.

Hazırda ABŞ Hərbi Dəniz Qüvvələri narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə bəhanəsi ilə “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupunu, atom sualtı qayığını və 16 mindən çox hərbçini Karib dənizinə yerləşdirib.

ABŞ mediası Birləşmiş Ştatların tezliklə Venesuelaya qarşı hərbi əməliyyatlara başlaya biləcəyini yazır.

Seçilən
57
47
azerbaijan-news.az

10Mənbələr