AZ

Azərbaycanda aqrar sahədə rəqəmsallaşma üzrə kadr hazırlığı genişləndirilməlidir – Nazir müavini

Bakı. Trend:

Azərbaycanda aqrar sahədə rəqəmsallaşma üzrə kadr hazırlığınıngenişləndirilməsi vacibdir.

Trend xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müaviniİlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən“İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır”mövzusunda ictimai dinləmə deyib.

Nazir müavini vurğulayıb ki, digər məsələ istehsalatlauniversitet arasındakı əlaqələrin daha da gücləndirilməsidir:

“Sadəcə məzunların olması kifayət etmir. Müəyyən bir təcrübəəldə edən, xüsusilə kənd təsərrüfatı sahəsində oxuduğu illərdə belətəcrübə əldə edə bilən kadr xüsusilə əhəmiyyətlidir. Aqrar sahədəfəaliyyət göstərən şirkətlər, iri fermer təsərrüfatları, aqrarsənaye müəssisələri ilə də universitet sənaye əməkdaşlığınındərinləşməsi tələbə hazırlığının keyfiyyətini artıracaq. Buistiqamətdə də Azərbaycan Dövlət Aqrar Universitetinin qarşısındastrateji hədəflər qoyulub”.

İlhamə Qədimova bildirib ki, aqrar sahədə tətbiqi elmitədqiqatların payının artırılması vacibdir:

“Universitet yalnız akademik tədqiqatlarla deyil, bu sahədədərhal tətbiq olunan innovasiyalarla da çıxış etməli vəməhsuldarlığın artırılması, xəstəlik və zərərvericilərlə mübarizə,torpaq və su ehtiyatlarının qorunması üzrə yeni modellərhazırlamalıdır.

Bundan başqa, regional və beynəlxalq tərəfdaşlıq şəbəkəsiningenişləndirilməsi də digər strateji hədəfdir. Çünki bu gün sadəcəölkə daxilində ixtisaslı kadr yetişdirməklə kifayətlənmək olmaz.Beynəlxalq sahədə görülən işlərlə, başqa institutlarda aparılanaraşdırmalarla tanış olmaq lazımdır”.

Seçilən
57
3
az.trend.az

5Mənbələr