Misli Premyer Liqasının 16-cı turunda "Şamaxı"nı qəbul edəcək "Araz-Naxçıvan"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədov məlumat verib:
"Vanderson Melo cəzalıdır. Son turları buraxan Felipe Santos da məşqlərə qatılır, Hamidu Keyta da. Hərçənd Keytanın meydana çıxmaq şansı azdır".
Qeyd edək ki, "Araz-Naxçıva" - "Şamaxı" matşı dekabrın 21-də keçiriləcək. Mərdəkandakı "Liv Bona Dea Arena"da reallaşacaq görüşün start fiti 17:30-da səsləndiriləcək.
Nihat