Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Mehriban Xanlarovanın Respublika Narkoloji Mərkəzinə və Psixi Sağlamlıq Mərkəzinə yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.
Axşam.az-ın məlumatına görə, aktrisa bununla bağlı paylaşım edib. O bildirib ki, narkotik istifadəçisi olmadığını sübut etmək üçün bu addımı atıb:
"Qanunvericiliyə əsasən, 30 gün ərzində iş yerimə qayıtmaq hüququm mövcuddur. Lakin faktiki vəziyyət ondan ibarətdir ki, bu hüquqdan istifadə etməyim məqsədli şəkildə əngəllənir. Mənə qadağalar qoyulur. İndi tətbiq olunan qadağalar nəticəsində seriallarda çəkilməyim də sual altına düşüb. Beləliklə, çörəyimlə oynanılır.
Mənə qarşı tətbiq olunan bu qadağaların fərqində olaraq, təmiz adımı, ictimai nüfuzumu, 18 yaşımdan etibarən sənətdə illər boyu damla-damla, alın təri ilə sizin qarşınızda qazandığım sevgini qorumaq üçün könüllü şəkildə həm narkoloji, həm də psixoloji testlərdən keçmişəm.
Bu testlərin nəticələrini sizinlə açıq şəkildə bölüşürəm ki, gələcəkdə məni susdurmaq məqsədilə düşmənlərim tərəfindən barəmdə hər hansı şər və böhtan atılacağı təqdirdə, xalqımız bilsin: alnım açıqdır".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.