AZ

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Avstraliyada yaşayan azərbaycanlılar adından səmimi-qəlbdən təbrik edir, Zati-alinizə ən xoş arzularımızı çatdırırıq.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası müstəqil, güclü və nüfuzlu dövlət kimi beynəlxalq aləmdə öz layiqli yerini möhkəmləndirmiş, milli maraqlarını qətiyyətlə qoruyan, gələcəyə inamla addımlayan bir ölkəyə çevrilmişdir. Dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi və Azərbaycan diasporunun dünya miqyasında birliyinin gücləndirilməsi istiqamətində göstərdiyiniz ardıcıl fəaliyyət yüksək qiymətləndirilir.

Eyni zamanda, Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də ürəkdən təbrik edirik. Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli kimlik, mədəniyyət və dövlətçilik idealları ətrafında birliyini ifadə edir. Diaspor təşkilatlarının güclənməsi və ana Vətənlə əlaqələrinin möhkəmlənməsi istiqamətində aparılan dövlət siyasəti bizim üçün xüsusi qürur mənbəyidir.

Avstraliyada yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının inkişafı, beynəlxalq nüfuzunun artması və xalqın həmrəyliyi üçün atılan hər bir addımı dəstəkləyirlər.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Mikayil Oyta

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti

Seçilən
75
azerbaijan-news.az

1Mənbələr