AZ

Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir - Məleykə Abbaszadə

Bakı. Trend:

Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsindəödənişli xidmət göstərən biznesmenlərdir.

Bunu Trend-əmüsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, özünü ekspert olmaq üçün həmin sahədə azı,on illik praktik təcrübə olmalı, sıravi işdən başlayaraq müəyyənpillələr keçilməlidir:

"Ekspert bu sahədə konkret fəaliyyət göstərən şəxslərdir. Əgərsöhbət təhsildən gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilinidarəetmə orqanlarında çalışmalı, ya da bu sahədə elmiaraşdırmalarla məşğul olmalı, məqalələri olmalıdır. Ən azı, onillik praktik təcrübəyə malik olmalı, sıravi işdən başlayaraqmüəyyən pillələri keçməlidir. Yalnız bu halda kiminsə özünü“ekspert” adlandırması əsaslı olar.

Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsilsahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pulluxidmət göstərmək qanunvericiliyə zidd deyil və bu, mümkündür. Lakinbu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydalarıvar – məqsəd gəlir əldə etməkdir. Təəssüf ki, bəzi hallarda bugəlir uğrunda qarşı tərəfə qarayaxma kampaniyaları aparılır, şəxsipiar edilir. Bu cür yanaşma etik və sağlam olmasa da, reallıqdır.Amma unutmaq olmaz ki, biznesdə etik olmayan davranışlar gec-tezortaya çıxır".

Məleykə Abbaszadə qeyd edib ki, “təhsil eksperti” kimitanınanların əksəriyyəti əslində, biznes sahəsində olaninsanlardır:

"Onlar özlərini ekspert kimi təqdim edirlər, amma elmi vəpraktik baza baxımından bu rola uyğun deyillər. Əvəzində, insanlarayanlış və populist fikirlər aşılayırlar.

Bəs insanlar niyə rəsmi qurumlara və səlahiyyətli şəxslərə yox,belə şəxslərə etimad göstərirlər? Səbəblərdən biri odur ki,kimlərəsə uğur qazanmadığı zaman səbəbi özlərində deyil, sistemdəaxtarmaq daha rahat gəlir. Heç kim imtahana yaxşı hazırlaşmadığınıqəbul etmək istəmir. Əvəzində “imtahan çətin idi”, “suallarproqramdan kənar idi” kimi arqumentlər səsləndirirlər.

Özlərini “ekspert” adlandıranlar da məhz bu mifləri hazırlayıbcəmiyyətə ötürürlər. İctimaiyyət isə bu mifləri tez qəbul edir,çünki eşitmək istədiklərinə daha çox qulaq asır. Lakin biz məsələniobyektiv araşdırıb real vəziyyəti təqdim edəndə bu, bəzilərininxoşuna gəlmir. Düşünən insanlar reallığı qəbul edir, amma bəziləriuğursuzluğunu sistemlə əlaqələndirirlər.

Bu şəxslərin cəmiyyətdə tanınması və ictimai nüfuz əldəetməsinin arxasında dərin bilik və peşəkar bacarıqlar deyil,məqsədyönlü piar kampaniyaları dayanır. Əlbəttə, piar vacibdir,lakin dövlət qurumunun fəaliyyətinə müdaxilə etmək, qeyri-qanuniyollara əl atmaq və paralel olaraq özünü bu sahənin mütəxəssisikimi təqdim etmək nə etik, nə də mənəvi baxımdanqəbulolunandır".

Seçilən
98
10
az.trend.az

10Mənbələr