AZ

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb.

Belə ki, 1999-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb. 

Qeyd edək ki, dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində 2 balıqçı itkin düşmüşdü. Digər balıqçı, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir. 

Xatırladaq ki, itkin düşən balıqçılar qohum idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
114
8
qafqazinfo.az

10Mənbələr