AZ

Ter Ştegenə daha bir təklif

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Tottenhem” almaniyalı qapıçını heyətinə qatmaq istəyir.

“Barselona” onun satışına hazır olsa da, hələlik konkret danışıqlar aparılmayıb. Ter Ştegen həmçinin başqa ölkələrin klublarının da diqqət mərkəzindədir.

33 yaşlı futbolçu “Barsa”nın formasını 2014-cü ilin yayından geyinir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

Seçilən
63
msport.az

1Mənbələr