AZ

"Trading Economics" Gürcüstanda 2028-ci ilə qədər istehsal qiymətlərinin artımı ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

“Trading Economics” analitiklərinin qlobal makroiqtisadimodelləri və proqnozlarına əsasən, cari rübün sonunadək Gürcüstandaistehsalçı qiymətlərində dəyişiklik səviyyəsinin 3 faiz olacağıgözlənilir.

Bu barədə Trend“Trading Economics” beynəlxalq onlayn platformasına istinadənməlumat verir.

“Uzunmüddətli perspektivdə, ekonometrik modellərə görə,Gürcüstanda istehsalçı qiymətlərində dəyişiklik 2026-cı ildətəxminən 3,50 faiz, 2027-ci ildə isə 3,30 faiz səviyyəsindəproqnozlaşdırılır”,- deyə məlumatda qeyd olunur.

Bildirilir ki, Gürcüstanın Milli Statistika Xidmətininməlumatına əsasən, 2025-ci ilin noyabr ayında Gürcüstandaistehsalçı qiymətləri illik ifadədə 6,1 faiz artıb. Bu göstəriciəvvəlki ayda qeydə alınmış 5,6 faizlik artımdan sonraformalaşıb.

“Bu, fevral ayından bəri qeydə alınan ən yüksək göstəricidir vəbuna demək olar ki, bütün sahələrdə, xüsusilə mədənçıxarmasənayesində (oktyabrda 21,7 faizə nisbətdə 24,2 faiz), sənayeməhsullarının istehsalında (3,9 faizə nisbətdə 4,8 faiz), həmçininsu təchizatı, kanalizasiya, tullantıların idarə edilməsi vərekultivasiya sahəsində (0,2 faizə nisbətdə 1,7 faiz) qiymətartımları səbəb olub. Eyni zamanda, elektrik enerjisi, qaz, buxarvə kondisionerləşmə sahəsində qiymət artım tempinin yavaşladığıqeyd olunur (10 faizə nisbətdə 6,2 faiz). Əvvəlki ayla müqayisədəisə noyabr ayında istehsalçı qiymətləri 0,9 faiz artıb ki, bu daoktyabr ayında qeydə alınmış 1,1 faizlik artımla müqayisədə dahaaşağı göstəricidir”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Seçilən
84
az.trend.az

1Mənbələr