AZ

İranda Əhalinin 80 faizi yoxsulluqdan əziyyət çəkir

Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Valyuta Fondu yeni cədvəllərində İranı 2025-ci ildə milli valyutası ən sürətlə dəyər itirən üç ölkədən biri kimi göstərib.

Hafta.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Hesabata əsasən, ilin əvvəlində ekvivalenti 100 dollar dəyərində olan vətəndaş əmanətləri ilin sonunda reallıqda 69 dollara enib.

Ekspertlər bunu faktiki olaraq milli valyutanın iflası kimi qiymətləndirilir.

İqtisadi vəziyyətin pisləşməsində "tətik mexanizmi"nin işə düşməsi və İrana qarşı sanksiyalarının bərpasının mühüm rol oynadığı vurğulanır.

Məlumata görə, hazırda İran əhalisinin 80 faizindən çoxu qlobal yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Tehranda üç nəfərlik ailənin minimum yaşayışı üçün ayda 520-650 dollar gəlirə ehtiyacı olduğu halda, işçilərin aylıq məvacibinin 150 dollar səviyyəsində qaldığı bildirilir.

İran

Seçilən
74
hafta.az

1Mənbələr