AZ

Bu ali məktəbin sözçüsü işdən çıxdı, yenisi təyin olundu

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Kamal (Babayev) işdən çıxıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbər görə, o, bir müddət əvvəl ali məktəbdən ayrılıb.  

A.Kamal məlumatı təsdiqləyib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə yeni təyinat da olub. Bu vəzifəyə Günel Abbasova gətirilib. O, əvvəllər müxtəlif media qurumlarında işləyib. Bir neçə ildir BANM-in İctimaiyyətlə əlaqələr şöbəsində çalışır.

Qeyd edək ki, Aqşin Kamal 2021-ci ildən etibarən Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edirdi.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
99
3
yenisabah.az

4Mənbələr