AZ

Rəşad Sadıqov "İmişli" ilə oyunda 5 legionerin xidmətindən məhrumdur, biri isə...

Misli Premyer Liqasının 16-cı turunda "İmişli"ni qəbul edəcək "Zirə"nin oyuna neçə itki ilə çıxacağı bəlli olub. 

Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib: 

"Junior Martins sarı vərəqə limiti dolduğu üçün cəzalıdır.Davit Volkov və İssa Cibrila zədə səbəbindən "İmişli"yə qarşı oynamayacaqlar. Brahim Konatenin meydana çıxıb-çıxmayacağı sual altındadır. Rikardo Martins isə Mozambik millisinin düşərgəsində olduğu üçün bu qarşılaşmada iştirak etməyəcək". 

Qeyd edək ki, "Zirə" - "İmişli" qarşılaşması dekabrın 20-də baş tutacaq. Matçın start fiti 16:30-da səsləndiriləcək.

Nihat

Seçilən
73
1
fanat.az

2Mənbələr