AZ

“Bu məni narahat etmir, çünki bunun yüz faiz şayiə olduğunu bilirəm” – Mareska

“Çelsi”nin baş məşqçisi Enso Mareska adının “Mançester Siti” ilə hallanmasına münasibət bildirib.

İdmanxeber.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Pep Qvardiola 2026-cı ilin yayında klubdan ayrılacağı təqdirdə, onun əsas namizədlərindən biri Mareskadır. İtaliyalı mütəxəssis isə yayılan iddiaları əsassız adlandırıb:

“Bu məni narahat etmir, çünki bunun yüz faiz şayiə olduğunu bilirəm. Belə şeylərə vaxtım yoxdur. Burada 2029-cu ilə qədər müqaviləm var. Bu kluba fokuslanmışam və burada işləməkdən qürur duyuram. Bir həftə əvvəl İtaliyada da eyni sözlər “Yuventus”la bağlı deyilirdi. Mən belə şeylərə fikir vermirəm”.

Mareska 2024-cü ilin yayında “Çelsi” ilə beş illik müqavilə imzalayıb. London klubu hazırda Premyer Liqada 16 turdan sonra 28 xalla 4-cü pillədə qərarlaşıb.

Seçilən
64
idmanxeber.az

1Mənbələr