AZ

Rusiya onu həbsdən çıxarıb hakimiyyətə gətirir? – ŞOK DETALLAR

“Rusiya Paşinyanı devirmək üçün müxtəlif variantlardan istifadə edir və son 3 ildə daha çox Ermənistandakı daxili siyasi qüvvələrdən deyil, Rusiyada yaşayan oliqarxlardan istifadə etməyə çalışır”.
Bunu Ajans.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, bu oliqarxlardan biri olan Vardanyan 2022-ci ilin sentyabrında Moskvadan Qarabağa ezam olundu:
“Plan ssenarisi belə idi ki, Vardanyan vasitəsilə separatizm körüklənir, orada Rusiya hərbi kontingentinin mövqeləri möhkəmləndirilir, Rusiya öz hərbi qüvvələrini sülhməramlı statusundan hərbi baza statusuna keçirmə imkanı əldə edir və Vardanyan da burada əldə etdiyi siyasi kapitalla Ermənistan siyasi arenasının zirvəsinə yüksəlir. Amma bu ssenari baş tutmadı. Bunun ardınca biz Karapetyanın bu ilin mayında Ermənistanda siyasi proseslərə ciddi müdaxiləsinin şahidi olduq və o, həbs olundu. 
Hazırda Rusiya səfirliyi onunla əlaqə saxlamaq barədə razılıq əldə edib, nəzərə almaq lazımdır ki, o, Rusiya vətəndaşıdır, onun böyük imkanları, mülkiyyəti Rusiyadadır. Bu baxımdan Rusiya təbii ki, onunla maraqlanacaq. Karapetyanın vasitəsilə siyasi hərəkat da yaradılıb və o siyasi hərəkar ətrafında Koçaryan, Sarkisyan və digərlərini birləşdirmək niyyətləri var. O zamana qədər Paşinyan Karapetyanı həbsdən buraxacaqmı? Bu ehtimal xeyli aşağıdır. Karapetyanın həbsdən çıxması və bəraət alması Paşinyanın maraqlarına heç cür uyğun deyil. Bu, Karapetyana ciddi üstünlük qazandırar və seçkilərdə onun qələbəsinə gətirib çıxara bilər”.


Qeyd edək ki, Rusiya Ermənistanla rəsmi təmaslarda iş adamı Samvel Karapetyanın həbsi məsələsini qaldırır. Səfirlik onunla görüşmək imkanı əldə edib.  Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqin bildirib. Onun sözlərinə görə, Rusiyanın İrəvandakı səfirliyi onunla görüş keçirmək barədə razılığa gəlib.

Seçilən
81
1
Ajans.az

2Mənbələr