BAKI, 19 dekabr. TELEQRAF
“Neftçi”nin qış hazırlıq toplanışını harada keçirəcəyi məlum olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” 2025/2026 mövsümünün ikinci yarısına hazırlığı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirəcək.
Yanvarın 3-də başlayacaq toplanış müddətində komanda 3 yoxlama oyunu keçirəcək. Artıq onlardan birinin rəqibi dəqiqləşib.
Bakı klubu Qazaxıstan çempionu “Kayrat”la gücünü sınayacaq.
Qeyd edək ki, “Kayrat” Çempionlar Liqasının əsas mərhələsində 6 oyundan sonra 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.