"Avropa Parlamentinin dekabrın 18-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qərəzli, qeyri-obyektiv və sifarişlidir. Həmin qətnamədə göstərilənlər də böhtan və qarayaxmadan başqa bir şey deyil".
Bunları Newscenter.az-a politoloq Əli Orucov sözügedən qurumun qətnaməsini dəyərləndirərkən səsləndirib. O deyib ki, Azərbaycana qarşı bu cür qətnamələr dəfələrlə qəbul edilib və açıq hədəf seçilib:
"Qəbul edilən qətnamədə terrorçuluğu, separatizmi, milli ədavəti qızışdırmaya dəstək ifadə olunması hətta Avropanın öz dəyərlərinə və qanunlarına ziddir. Törətdikləri cinayətləri istintaqda və məhkəmədə sübuta yetirilmiş şəxslərin qətnaməyə salınması qəbul edilməzdir. Ümumiyyətlə son dövrlər Qərb institutlarının Azərbaycana yönəlik basqınlarının artığını görmək mümkündür".
Politoloq qeyd edib ki, Bakının beynəlxalq münasibətlər sistemində fəal oyunçuya çevrilməsi bəzi dairələrin yuxusunu qaçırıb:
"Hər vəhclə çalışılır ki, qeyri sabit və sürətlə dəyişən dünyada Qərb öz ənənəvi hegemon təsirini saxlasın. Bundan əvvəl də Aİ-Ermənistan arasında Strateji əməkdaşlıq Gündəliyi adlı sənəddə də Azərbaycana qarşı müddəalar da yer almışdı".
Süleyman