AZ

40 obyektdə Yeni il hədiyyə qutuları və məhsullarında nöqsanlar aşkarlanıb (FOTO)

Bakı.Trend:

Əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədiləQida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ticarət şəbəkələrindəsatışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlımonitorinqlər keçirib.

Trend xəbərverir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, cari ilin 11-17 dekabr tarixlərində aparılanmonitorinqlər zamanı 148 sahibkarlıq subyektində 9347 məhsula baxışkeçirilib. Yoxlama zamanı 40 obyektdə qutuların qablaşma,məhsulların son istifadə tarixi barədə məlumatlarının qeydedilmədiyi, markalanmanın mövcud olmadığı və ya düzgün aparılmadığıaşkarlanıb.

Uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 1299ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdankənarlaşdırılıb. Nəzarət tədbirləri davam etdirilir.

Uşaqlar üçün şirniyyat dolu hədiyyə qutularının seçimindədiqqətli olmaq lazımdır.

40
40
Məqalədə:
Seçilən
23
az.trend.az

1Mənbələr