Bakı. Trend:
Avropa Parlamenti uzun illərdir Azərbaycana qarşı qərəzli vəqeyri-obyektiv mövqe nümayiş etdirir, ölkəmizə qarşı əsassızittihamlar və birtərəfli fikirlər səsləndirir. Son günlər AvropaParlamentində keçirilən müzakirələr zamanı da bu qərəzli yanaşmanövbəti dəfə açıq şəkildə ortaya qoyulub ki, bu da siyasisimasızlığın və riyakarlığın bariz nümunəsidir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.
Deputat qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyisiyasi, iqtisadi və hərbi uğurlar, həmçinin regiondaformalaşdırdığı yeni geosiyasi reallıqlar müəyyən dairələri ciddişəkildə narahat edir. Onun sözlərinə görə, Avropa Parlamentindəqəbul edilən qərəzli və birtərəfli qətnamələr də məhz bunarahatlığın nəticəsidir və həmin sənədlər Avropa Parlamentininmüstəqil mövqedən deyil, müxtəlif maraq qruplarının, xüsusiləerməni lobbisinin sifarişləri əsasında hərəkət etdiyini açıqşəkildə nümayiş etdirir.
A.Həsənova vurğulayıb ki, Avropa Parlamenti bu cür addımlarla özməkirli niyyətini gizlədə bilmir və fəaliyyət çərçivəsindən kənaraçıxaraq siyasi alətə çevrildiyini bir daha təsdiqləyir. Onunsözlərinə görə, Azərbaycan regionda dayanıqlı sülhün bərqərarolması üçün real və konstruktiv təşəbbüslər irəli sürür, buistiqamətdə ardıcıl və məqsədyönlü addımlar atır.
“Əgər Avropa Parlamenti doğrudan da insan hüquqlarını,demokratiyanı, sülhü və əmin-amanlığı qoruyan obyektiv beynəlxalqplatforma olsaydı, Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməkəvəzinə ölkəmizin regionda sülh və sabitliyin təmin olunmasıistiqamətində atdığı addımlara dəstək verməli, bu fəaliyyəti yüksəkqiymətləndirməli idi. Təəssüf ki, Avropa Parlamenti beynəlxalqtəşkilat statusundan daha çox müxtəlif dairələrin əlində siyasitəzyiq alətinə çevrilib”.
Deputat əlavə edib ki, Azərbaycan hər zaman müstəqil, prinsipialvə milli maraqlara əsaslanan siyasət yürüdüb və heç vaxt heç birxarici mərkəzin diktəsi ilə fəaliyyət göstərməyib. Onun sözlərinəgörə, məhz bu müstəqil siyasəti qəbul edə bilməyən dairələr AvropaParlamentindən vasitə kimi istifadə edərək ölkəmizə qarşıtəzyiqləri artırmağa, eyni zamanda Azərbaycan əleyhinə qarayaxmakampaniyasını daha da genişləndirməyə çalışırlar.
“Lakin bütün bu cəhdlər nəticəsiz qalacaq. Çünki Azərbaycangüclü dövlətdir, öz milli maraqlarını qətiyyətlə qoruyur və bu kimisiyasi kampaniyalar hər zaman olduğu kimi növbəti dəfə də iflasauğrayacaq”, – deyə Afət Həsənova qeyd edib.