AZ

Universitetdə meyit tapıldı

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin ən nüfuzlu məktəblərindən biri olan Braun Universitetində baş verən atışmada iki tələbə həlak olub, səkkizinin vəziyyəti ağır olan doqquz nəfər yaralanıb. Qətliamı törədən şəxs altı gün sonra ölü tapılıb.

Hafta.az xəbər verir ki, Federal hakimiyyət orqanları Braun Universitetinə hücumda şübhəlinin ölümünü təsdiqləyib. Şübhəlinin cəsədi Nyu-Hempşir ştatının Salem şəhərindəki bir anbarda tapılıb.

Hakimiyyət orqanları hücumdan bir gün sonra bir şəxsin saxlanıldığını, lakin şəxsin hadisə ilə heç bir əlaqəsinin olmadığı müəyyən edildikdən sonra sərbəst buraxıldığını açıqlayıb.

Seçilən
80
hafta.az

1Mənbələr