AZ

Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir - Arayik Harutyunyan

Bakı. Trend:

Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyükhissəsi ilə burada tanış oldum.

Trend xəbərverir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində ErmənistanRespublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrəməhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəxs ArayikHarutyunyan deyib.

“Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsiniburada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm.Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgərgünahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada özəməllərinə görə cəzalanacaqlar”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Məqalədə:
Seçilən
74
48
az.trend.az

10Mənbələr