“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yanvar transfer pəncərəsində komandasını dəyişmək niyyətində deyil.
Apasport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Almaniyalı qolkiper cari mövsümdə ciddi oyun praktikası çatışmazlığı yaşayır. Hans-Diter Flikin rəhbərlik etdiyi məşqçilər heyəti əsas etimadı Xuan Qarsiyaya göstərir. Buna baxmayaraq, Ter Ştegen mövsümün sonuna qədər “Barselona”da qalmağa hazırdır.
33 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, 2014-cü ilin yayından “Barsa”nın şərəfini qoruyur.
Eçeverrinin Almaniya macərası qısa çəkdi
“Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır
"Çelsi" və "Arsenal" "Yuventus"un ulduzu ilə danışıqlar aparır
“Samsunspor” “Maynts”a uduzdu, KL-də günün nəticələri - YENİLƏNİB
İtaliya Superkuboku: “Napoli” finalda