“TikTok”un ABŞ-dəki taleyi həll olunub.
İnterpress.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Çinin “ByteDance” şirkəti ABŞ biznesinin 80 faizini üç nəhəng investora təhvil verir.
Məlumata görə, “TikTok”un sahibi olan Çinin “ByteDance” şirkəti platformanın ABŞ biznesini idarə etmək üçün üç iri investorla birgə müəssisə (BM) yaratmaq barədə saziş imzaladığını təsdiqləyib.
Razılaşmaya əsasən, investorlar – “Oracle”, “Silver Lake” və Əbu-Dabidə yerləşən “MGX” şirkətləri yeni yaradılan “TikTok USDS Joint Venture LLC” birgə müəssisəsinin səhmlərinin 80,1%-nə sahib olacaqlar.
“ByteDance” isə şirkətdəki payın cəmi 19,9%-ni özündə saxlayacaq.
Yeni struktur müstəqil təşkilat kimi fəaliyyət göstərəcək. Qurum ABŞ-dakı istifadəçilərin məlumatlarının qorunması, alqoritmlərin təhlükəsizliyi və məzmunun moderasiyası üçün məsuliyyət daşıyacaq.
Xuraman Etibarlı
İnterpress.az