AZ

"Səbail" çempionluğa oynayan komanda olsa da..." - "Şahdağ Qusar"ın baş məşqçisi

1-ci Liqanın 11-ci turu çərçivəsində dünən "Səbail"lə üz-üzə gələn "Şahdağ Qusar" iddialı rəqibini büdrətməyi bacardı - 2:2. Qusar təmsilçisinin baş məşqçisi Elnur Abdullayevlə əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Səbail" çempionluğa oynayan komanda olsa da, biz bütün matçlara xal və xalla üçün çıxırıq. Komandamız əsasən gənclərdən ibarətdir. Mövsüm başlayanda da demişdim ki, bu futbolçuların sistemə uyğunlaşması üçün müəyyən vaxt lazımdır. Uşaqlar dörd-beş oyundur ki, özlərini həqiqətən yaxşı tərəfdən göstərirlər. Sürətli oyuna şahidlik etdik. Maraqlı qarşılaşma oldu. İlk yarıdan daha çox razıyam. 70-ci dəqiqədən sonra komandada yorğunluq hiss etdim. Problem budur ki, ehtiyat qüvvəmiz yoxdur. Zədəlilərimiz var. Bu matçda ehtiyatda daha çox müdafiəyəmeyilli oyunçular qalmışdılar. Buna baxmayaraq, uşaqlar xarakter göstərərək 1 xal qazandılar. Çalışacağıq ki, "Şahdağ Qusar" ön pillələrdə olsun. Birinci Liqa maraqlı liqadır. Burada istənilən komanda digərini məğlub edə bilər. Asan matç olmur, gərgin mübarizə gedir".

Nihat  

Seçilən
69
fanat.az

1Mənbələr