AZ

Ukrayna dronlarla Rusiyanı VURDU

Bu gecə Ukrayna Rusiyaya kütləvi dron hücumu təşkil edib. Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hava hücumundan müdafiə sistemləri bir gecə ərzində ölkə ərazisi üzərində uçan 94 Ukrayna dronunu məhv edib.

Açıqlamada bildirilir ki, vurulan dronlardan 36-sı Rostov vilayətində, 17-si Belqorod vilayətində, 15-i Voronej vilayətində qeydə alınıb. Xəzər dənizinin sularında 7 PUA, Samara və Həştərxan vilayətlərində hər birində 6, Azov dənizinin sularında isə 5 dron məhv edilib. Kursk vilayətində və Krasnodar diyarında isə hər birində 1 PUA vurulub.

Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, ölkə ərazisinin hava məkanının müdafiəsi uğurla təmin olunur və bütün hava təhdidləri effektiv şəkildə neytrallaşdırılır.

Seçilən
75
veteninfo.az

1Mənbələr