AZ

Kərkicahan qəsəbəsində qazlaşdırılan evlər SMART tipli sayğaclarla təchiz olunub

Xankəndi, 19 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində qaz təsərrüfatında yenidənqurma işləri aparılır.

Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qəsəbədə yerüstü xətlər yeraltı xətlərlə əvəz edilib. Ümumilikdə, 500 paqonmetr polietilen qaz xətti çəkilib, 30 ev qazlaşdırılıb. Bütün evlər SMART tipli qaz sayğacları ilə təchiz olunub.

Seçilən
91
1
azertag.az

2Mənbələr