AZ

Bakıda evlənmək istəyən oğul anasına xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakının Qaradağ rayonunda 1997-ci il təvəllüdlü Vəfadar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Südabəyə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Ələt qəsəbəsində baş verib. Vəfadar aralarında yaranmış şəxsi mübahisə zamanı anası Südabənin sol göz nahiyəsinə yumruqla və baş nahiyyəsinə qənd qabı ilə vurub. Hadisəni törədən Vəfadarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Vəfadar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası Südabə onun heç bir yerdə işləməməsinə mütəmadi səkildə irad bildirdiyi üçün onunla münasibətləri pisləşib: “Hadisə günü, saat 6 radələrində yaşadığımız evdə olarkən anamın evdə olmamasını gördüm və ona zəng vuraraq harada olmasını soruşdum. Bir neçə dəqiqədən sonra anam evə gələndə ondan haradan gəldiyini soruşdum. Anam mənimlə kobud danışaraq nalayiq ifadələrlə söyüb təhqir etdi. Mən də əsəbləşdim və bir dəfə yumruqla anamın sol göz nahiyəsinə, daha sonra isə masanın üzərində olan qənd qabını başına vurdum”.İş üzrə ifadə verən Südabənin sözlərinə görə, oğlu Vəfadarla əvvəllər münasibəti yaxşı olsa da, sonralar münasibətləri pisləşib: “Bunun səbəbi isə təxminən bir ay əvvəl Vəfadar mənə ailə qurmaq istədiyini bildirəndə, ona heç bir yerdə işləmədiyini bildirdiyimi, ailə qurmasına narazılıq etməm olub. Bundan sonra Vəfadar heç bir səbəb olmadan mənimlə mübahisə etməyə başlayıb”. Zərərçəkmiş qeyd edib ki, iyunun 30-da, saat 6 radələrində yaşadıqları evin qonaq otağında olan zaman Vəfadar evə gəlib və onunla mübahisə etməyə başlayıb: “Mən öncə Vəfadara əhəmiyyət vermədim. Bundan sonra səsinin tonunu qaldıraraq məni əxlaqsızlıqda və spirtli içki içməkdə günahlandırdı. Mən də Vəfadarın dediklərinə dözmədim, mənə şər atdığı üçün utanmasını dedim. Bu zaman Vəfadar əvvəlcə yumruqla sol gözümdən, daha sonra isə masanın üzərində olan qəndqabı ilə başımdan vurdu. Hadisə 1-2 dəqiqə davam etdi və hadisənin şahidi olmayıb. Hazırda oğlumla barışmışam, ona qarşı hər hansı şikayətim yoxdur”.Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Vəfadar 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməsi, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxması qadağan olunub. 

Bundan başqa, ona bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 

Müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək öhdəliyi üzərinə qoyulub. Həmçinin cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri ona tapşırılıb. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
110
demokrat.az

1Mənbələr